3D Çap fil
Heyvanların müdafiəsi təşkilatı World Animal Protection fili 3D çap etmək niyyətindədir.
12 avqustda ümumdünya fillər günü kimi qeyd edilir. Bu bayramına şərəfinə Niderlanddan World Animal Protection heyvanların müdafiəsi təşkilatı öz rəsmi saytında çox qeyri-adi petisiyaya start verdi, imzaların toplanması bu il avqustun 30-na qədər davam edəcək. Aksiya təşkilatçıları insanları fillərin üzərində səyahət etməkdən imtina etməyə çağırırlar. Amma bununla hər şey bitmir.
Bu kampaniya çərçivəsində layihənin həyata keçməsi üçün dizayner Yoris van Tuberqen 5 ədəd 3D Ultimaker printerlərini sistemə birləşdirdi. Bununla onun irimiqyaslı obyektləri çap etmək imkanı yarandı. 3D printerləri 2.5 metrlik sütunlar üzərində quraşdırdılar. Çap prosesində printerlər yüksəyə qalxır, çap platforması isə hərəkətsiz qalır.
Hər dəfə petisiyanın altında yeni bir imza yarananda sistem 3D printerlərə filin yeni bir sahəsini çap etmək üçün göstəriş verir. Layihənin əsas məqsədi- ictimaiyyətin diqqətini fillərlə kobud rəftar edilməsi probleminə çəkməkdir, xüsusilə də bu heyvanlardan insanların gəzdirilməsi üçün istifadə edilməsi.
Ilk 2 gündə petisiyanı 7264 insan imzalayıb. Model bütünlükdə 15 hissədən ibarətdir.