Unikal 3D çap litofanik breloklar (şəklin neqativ 3D çapı)
Tayler Vatson və Zak Kabul Print 3D For Me adlı yeni layihəni işə saldılar. Onlar müştərilərə şəkil yükləməyi və bir neçə gündən sonra evlərinə çatdırılacaq 3D çap breloku əldə etməyi təqdim edirlər.
Bu breloklar müştərilərin sifarişinə əsasən fərdi istehsal olunur. Brelokların ölçüləri: eni təqribən 4.5sm, hündürlüyü 3sm-ə qədər, qalınlığı isə 0.75sm. Məhz belə kiçik ölçülərinə görə kiçik şəkilləri yükləmək tövsiyə olunur.
Print 3D For Me brelokların hazırlanması ilə məşğul olmur, bunu Shapeways şirkətinə həvalə edib. Sifarişin ödənişini Shapeways mağazası vasitəsilə həyata keşirmək imkanı var. Bu brelokların gözəlliyini onları işıq mənbəyinə yaxınlaşdıraraq görmək olar. Bu məhsul uşaqlar üçün təhlükəsiz deyil və yalnız açar breloku kimi istifadə edilir.