Mühtəviyyata keç

3D çap vasitəsilə Çinli fermerin kəllə sümüyü bərpa olundu

Sentyabr 8, 2014

46 yaşlı Hu təxminən 10ay əvvəl  3-cü mərtəbədən düşərək bədbəxt hadisənin qurbanı oldu. Kişinin başı olduqca zədələnmişdi, əsasən də kəllə sümüyü və beyni. Kəllə sümüyünün forması dəyişilmiş və biçimsizləşmişdi. Hunun həyatını xilas etmək üçün həkimlər onun 14 sm x 9 sm ölçüsündə kəllə sümüyünü  və beyninin bir hissəsini kəsib götürməli olmuşdular.

cerep cerep1

Beynin zədələnməsi nəticəsində Hunun görmə, yazma və danışığında ağırlaşma başladı. Həyat yoldaşının sözlərinə görə, Hu ona deyilən hər şeyi başa düşür, həmçinin o, normal şəkildə hərəkət edə bilir, belə ki, beynin müvafiq hissəsi zədələnməyib.

cerep3

Həkimlər Hunun problemlərinin zədə nəticəsində beyində yaranan qüsurlarla bağlı olduğunu müəyyən etdilər. O, eləcə də baş gicəllənməsi və gözlərində çəpləşmədən də əziyyət çəkir.

cerep2

Bununla belə Hunu 28 avqust tarixində əməliyyat etdilər. Indi yalnız gözləmək qalır, belə ki, bu növ əməliyyatlar çox yüksək risk altında görülür. Zədəyə görə kəllənin dəri örtüyü beyin pərdəsi ilə birləşirdi, ona görə də həkimlər çalışırdı ki, onları ayırsınlar və heç bir yeni zədə əmələ gəlməsin. Cərrahlar Huya titan tor qoydular, indi yalnız ümid etmək qalır ki, onun immun sistemi implantı rədd etməyəcək.

cerep4

Zamanla bu titan tor kəllə sümüyünün normal formasını almalıdır, və bununla da kişinin başı normal formasına qayıdacaq, görmə və digər qabiliyyətlər bərpa olunacaq. Məhz 3D çap  texnologiyası Huya yeni həyat şansı verdi.

cerep5 cerep6

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma