Geek Picnik 2014 festivalı ziyarətçiləri unudulmaz dəbli yeniliklərlə sevindirdi
Bu yaxınlarda Sankt-Peterburqda hər il keçirilən Geek Picnic 2014 sona çatdı. Dünya şöhrətli dizaynerlər 3D Print Showda toplaşdılar ki, ayaqqabı, geyim və müxtəlif dəbli aksessuarların hazırlanmasında 3D çap texnologiyasının imkanlarını əyani nümayiş etdirsinlər.
Coşua Harker tamaşaçıların böyük diqqətini çəkdi. Coşua Harker bütün dünyada 3D çap sənətinin əsasını qoyan rəqəmsal rəssam kimi məşhurdur.
Larisa Kats da diqqətdən kənar qalmadı, onun hesabında çox sayda qeyri-adi və zərif işlər var. Onun kolleksiyası Nyu-York, Dubay, Amsterdam və Londonda nümayiş olunur.
Həmçinin festivalı 3D çap kamanları nümayiş etdirən dizayner Pia Hintse ziyarət etdi. Dizayner artıq London, Nyu-York, Paris və İrlandiyada keçirilən bu növ tədbirlərdə özünü göstərib.
Pavla Podsednikova da kənarda qalmadı, o, tamaşaçıları öz 3D çap qadın ayaqqabı kolleksiyası ilə sevindirdi.
Aksessuarlara gəlincə, festivalda birincilik palmasına Sensoree şirkəti layiq görüldü, hansı ki, NEUROTİQ adlı qeyri-adi dəbli aksessuar kolleksiyasını nümayiş etdi.