Mühtəviyyata keç

3D Print Conference Kiev 2014 ziyarətçiləri sürprizlərlə sevindirdi

Sentyabr 11, 2014

Sentyabrın 5-də Kiyevdə ilk dəfə olaraq 3D çap konfransı keçirildi. 3D Print Conference 2014 ziyarətçiləri modelləşdirmə və 3D çap üzrə master klass, həyatın müxtəlif sahələrində 3D çap texnologiyasının nailiyyətləri haqqında müzakirələr, Ukrayna tarixində ilk dəfə olaraq ölkənin ən böyük gerbi kimi  müxtəlif sürpriz və yeniliklərlə sevindirdi.

b85781f11d7eb06565ea9f68c75a22a4

120×72 sm ölçülü 3D çap olunmuş gerb Ukraynanın Rekordlar kitabında qeydə alınıb. Ukrayna rekordlarının milli reyestrində 3D gerb “Ukraynanın ən böyük simvolu” kimi göstərilib. Bu rekord həmçinin bütün 3D dünyasında da rekord olub. Ukraynanın gerbi milli rənglərdə – mavi və sarı liflərdən hazırlanıb. Çap ümumilikdə 4 saata başa gəlib, konfransın qonaq və iştirakçıları çap prosesinə şəxsən nəzarət edə bilərdilər.

Konfransda iştirakçılara 3D çap aləminə tam və bütünlükdə dalmağa, müxtəlif 3D printer və skaner modelləri ilə tanış olmağa imkan yaratdılar. Bütün Ukrayna simvollarına baxmayaraq konfrans 3D çap texnologiyasındakı innovasiya ətrafında cəmləşmişdi. Metaldan 3D sənayesi, təhsildə, zərgərlik və dizaynda 3D çap kimi mövzular müzakirə olundu. Həmçinin Ukraynanın sənaye sektorunun spesifikasına bilavasitə yönəlmiş mövzuya daha çox diqqət yetirildi. Materialise və Secured3Ddevelopment şirkətlərinin nümayəndələri, eləcə də zərgərlik sənayesi və dizayn sahəsinin mütəxəssisləri, həmçinin  KİV qanunları üzrə ixtisaslaşan ukraynalı vəkil də çıxış etdilər.

3D Print Conference bu sahələr üzrə təşkil olunmuşdu:

  • 3D çap texnologiyası
  • 3D çapın yaranma tarixi
  • 3D çapın tətbiq sahələri
  • 3D printer vasitəsilə nə etmək olar?
  • Kim 3D printer istehsalı ilə məşğul olur?
  • 3D printeri necə yığmalı?
  • 3D printerdən çap zamanı hansı materiallardan istifadə olunur?
  • Başlayanlar üçün hansı 3D modelləşdirmə proqramı uyğundur?

f540ad1cbec32848856f3d2052109786

Konfrans 3D praktiklər və həvəskarları üçün daha faydalı idi, belə ki, mütəxəssislər çoxlarını narahat edən 3d modelləşdirmə, obyektlərin çapa hazırlanması, obyektin 3D printerlə hazırlanma və sonrakı çap emalı prosesilə bağlı tətbiqi sualları cavablandırırdılar. Qonaqların 3D çapla məşğul olan Ukrayna şirkətlərinin nümayəndələrilə ünsiyyət qurmaq, onlara istənilən sualları vermək, eyni zamanda konfrans sərgisində canlı olaraq 3D çap obyektlərini yaradan printerlərin imkanlarını izləmək şansları vardı.

288b7131fa60d3d9dcee1d2ae31e26a4

Ümumilikdə Kiyevdəki 3D Print Conference 3D texnologiyasının Ukraynada da inkişaf etdiyini göstərdi. Aşqar istehsalın Ukraynada çox böyük perspektivləri var.

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma