Belçikanın Ergatory studiyasından antik üslubda 3D çap səhənglər
Belçikalı İsaye Blox Ergatory dizayn studiyasının sahibidir, həmin studiya 3D çap texnologiyası sayəsində sənət əsərlərinin istehsalı üzrə ixtisaslaşır. Ergatory studiyası məşhur rəssam və dizaynerlər, əsasən də Nik Ervink və Ayris van Xarpen ilə əməkdaşlıq edir. Studiyanın yeni layihəsi Floralia adlanır – bu, səhəng kolleksiyasıdır, hansı ki, süni görünmür. Bundan əlavə kolleksiya elə görünür ki, elə bil onu Ana təbiətin özü yaradıb.
Floralia kolleksiyası öz adını hər yaz fəslində Rimdə keçirilən məşhur festivalın şərəfinə götürüb ki, Flora adlı bitki və güllərin ilahəsinin xatirəsini yad etsinlər. Bu növ səhəngləri 3D texnologiyası olmadan istehsal etmək mümkün olmazdı. Kolleksiya möhtəşəmdir və antik dövrü xatırladır.
Kolleksiya gipsdən çap olunub, ardınca isə yaşıl, mavi və çəhrayı rənglərə boyanıb. Sonra məhsulların üzərinə bir lay sianakrilat çəkdilər ki, onların möhkəmliliyini təmin etsinlər. Məhz 3D çap texnologiyasının xüsusiyyətləri formaların müxtəlif dəyişkənliyini təmin etdi – hər bir qab özünəməxsus unikaldır. Bir tərəfdən qabların forması səhəngi xatırladır, lakin səthləri daha çox mərcan şəklindədir.