Təyyarənin göyərtəsində 3D çap nahar
Hind texnologiya institununun hindli tələbələri havada qida istehsal edən yenilikçi konsepsiyalarını hazırladılar. “Hava mətbəxi” adını alan layihə təyyarənin göyərtəsində qida hazırlamaq üçün 3D printer texnologiyasından istifadəni nəzərdə tutur. Beləliklə, sərnişinlərin geniş çeşidlərdən müstəqil şəkildə özlərinə qida seçmək imkanları olacaq. Layihənin müəllifləri konsepsiyalarının analitik və statistik məlumatlarla möhkəmləndiriblər.
Ideya ondan ibarətdir ki, istənilən qidanı seçmək üçün sərnişinlərin xüsusi interfeysdən istifadə edə bilmələridir. Hər kəsə məlum olduğu kimi çox vaxt göyərtədəki mətbəx sərnişinlərə o qədər də zövq vermir.
Tələbələr bir çox müasir təyyarələrin göyərtəsində olan sensorlu ekranlara inteqrasiya oluna bilən xüsusi interfeys hazırladılar. Bu interfeys sərnişinlərə qidaların nəinki müxtəlif kombinasiyalarını seçməyə, eləcə də fərqli formalar verməyə imkan verir. Hələki, bu, sadəcə konsepsiyadır, avia uçuş bazarındakı rəqabəti nəzərə alaraq mümkündür ki, yaxın zamanlarda o, öz tətbiqini tapacaq.