Strati – 3D printerdə çap olunan elektromobil
Haz-hazırda avtomobil istehsalçıları 3D çapın imkanlarını olduqca diqqətlə tədqiq edirlər. 3D çap texnologiyası hələlik istənilən materialdan istifadə etməyə imkan vermir, mövcud olanlar isə avtomobil hissələri istehsal sənayesi üçün hər zaman uyğun deyil.
Buna baxmayaraq, Amerika şirkəti Local Motors, avtomobillərlə məşğul olan, “tam çap olunan avtomobili” təqdim etdi. Ciddi desək, bu şərh tam düzgün deyil, adət edilmiş materiallardan imtina etmək mümkün deyildi. Təkərlər, oturacaqlar, mühərrik, pəncərələr, asma, akkumulyator – bunları çap etmək əlbəttə ki, imkansızdır. Lakin bütün digər komponentlər 3D printerdə çap olunub. Strati avtomobilin istehsalı altı gün ərzində 44 saata həyata keçdi, bu hadisə Çikaqoda International Manufacturing Technology Show 2014 sərgisində baş verdi.
Çap olunmuş avtomobil sürətini 64 km/s qədər artıra bilir, akkumlyatorun ehtiyyat enerjisi 193-240 km-ə qədər məsafəni qət etməyə çatır. Local Motors-un əsəri bir də onunla təəccübləndirir ki, 20 min müxtəlif hissədən ibarət standart avtomobildən fərqli olaraq Strati cəmi 40 əsas komponentlərindən yığılır.
Diqqət yetirmək lazımdır ki, belə layihə heç də reklam fırıldağı deyil. Local Motors şirkətində ümid edirlər ki, tezliklə Strati istehsalını axına qoysunlar və bu avtomobilləri 18000-dən 30000 dollaradək satsınlar.