IPhone üçün 3D çap üzlük
Yeni İphone 6 Plus çıxdıqdan sonra, 19sentyabr 2014-cü ildə, bir çox qurğu sahibləri telefonun cibdə əyilməsindən şikayət ediblər.
Əyilmiş telefonun şəkilləri bütün sosial şəbəkələrdə yayıldı. Buna baxmayaraq Apple şirkəti cəmi 9 şikayətin gəldiyini və bu müddət ərzində mağazalarda 1 miliona yaxın qurğu satıldığını qeyd edib.
Bununla belə əgər siz narahat olursunuz ki, yeni İphone 6 Plus cibdə əyilə bilər, indi bu problemin həlli tapılıb.
Əlbəttə ki, xarab olmuş telefonu təmir etmək mümkün deyil, lakin istifadəçi Shapeways bu növ qurğular üçün xüsusi üzlük istehsal etdi. Fernando Koka 3D çap məhsullarının ticarət meydanında İphone 6 üçün Bendgate Case xüsusi üzlüyü təqdim etdi. Belə üzlüyün dəyəri 19.99 $-dır. Müştərilərə 12 rəng təqdim olunur.
Bununla belə, əgər sizin evdə 3D printer varsa hazır məhsulu almağa ehtiyac yoxdur. Jersi adlı istifadəçi Thingiyerse sayta həmin məhsulun modelini yükləyib, burada siz onu pulsuz yükləyə bilərsiniz.