Mühtəviyyata keç

3D Printer kosmosda

Oktyabr 8, 2014

Bir neçə həftə əvvəl SpaceX Dragon kosmik yük gəmisi növbəti reyslə Beynəlxalq kosmik stansiyaya digər iki tonluq faydalı yüklə birlikdə çəkisizlikdə işləmək üçün yaradılmış 3D printeri çatdırdı. 3D çap kosmosda işləmək üçün çox perspektivli texnologiyadır, çünki burada böyük ehtiyat hissə və alətlərin saxlanması və ya onların operativ çatdırılması mümkün deyil. Hər hansı bir hissənin və ya qurğunun bilavasitə kosmik stansiyanın göyərtəsində çap etmə imkanlarını qiymətləndirmək çətindir, xüsusilə də Yerdən çatdırılmanın qeyri – mümkün olduğu uzaq kosmik ekspedisiyalarda. Lakin çap olunmuş hissələri istifadə etməzdən öncə əmin olmaq lazımdır ki, printer çəkisizlik şəraitində yaxşı işləyir – axı onun işləmə etibarlılığından kosmonavtın həyatı asılıdır.

3DPrinting1

Printerin BKS-ə göndərilməsi – illərlə davam edən sınağın yekun mərhələsidir. Bundan əvvəl kosmik printeri laboratoriyalar və NASA-nın xüsusi təyyarəsinin göyərtəsində tədqiq edirdilər, burada ballistik trayektoriya üzrə  uçuş zamanı bir müddətlik çəkisizlik yaranır, habelə raketin startı zamanı yüklənmənin simulyasiya edildiyi sentrifuqada. Ilkin sınaqlar müvəffəqiyyətlə başa çatdı və indi printer BKS-nın göyərtəsində 21 sınaq hissəni çap etməlidir. Çap olunmuş hissələr Yerə göndəriləcək və əsaslı tədqiqatlarla öyrəniləcəklər. Əgər nəticələr NASA-nın mütəxəssislərini razı salsa, astronavtlar praktik olaraq printerdən istifadəyə başlayacaqlar.

3DPrinting2

Made in Space şirkəti tərəfindən yaradılan printerin texniki xarakteristikası haqqında çox az məlumat var. Onun iş prinsipi geniş yayılmış printerlərdəki kimidir, hansılar ki, ucluqdan əridilmiş plastiki laybalay sıxıb çıxarır. Bu tip printer çəkisizlikdə konstruksiyasındakı minimal dəyişikliklərlə işləyə bilər, o zaman necə, məsələn lazer aqlomerasiyası və ya stereo litoqrafiya əsasındakı printer işçi sahədə toz və ya maye qətranın bölüşdürülməsi üçün əlavə tədbirlər tələb edəcək. Bundan başqa kosmik stansiyada sərt plastik istehlak obyekti ilə işləmək  metal tozu və ya maye qətranla işləməkdən daha təhlükəsiz və rahatdır.

madeinspace-printer

Kosmosda 3D çap sınağına NASA-nın saytında ayrıca səhifə həsr olunub. Yaxın vaxtlarda orada ilk nəticələr haqqında məlumat dərc olunmalıdır.

 3DPrinting3

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma