3D protez haitili oğlana kömək etdi
12 yaşlı kimsəsiz və əlil Stivenson Cosef Haitidə 3D çap protezə sahib olan ilk şəxs oldu. Stivenson əlillər üçün proqramların çox nadir olduğu və lazımi müalicəni alma şansının minimum olduğu bir ölkədə hər iki əlində barmaqları olmadan dünyaya gəlib.
2010-cu ildə Stivenson paytaxt Port-o-Prensadakı Bernard Mevs xəstəxanasına çatdırıldı, amma orada onun çatışmayan barmaqlarına protez edə bilmədilər.
Lakin bəxti gətirdi, Koliforniyadan mühəndis-proqramist Con Marşalın sayəsində yeni 3D texnologiyası onun köməyinə gəldi. Marşal kömək etmək qərarına gəldi. O, evə qayıtdıqda “Robohand” plastik protezlər haqqındakı bütün məlumatları araşdırdı və Robohand-in yaradıcısı Riçard van Asla işləməyə başladı. Aylarla davam edən iş və 3 təcrübədən sonra Robohand-in son versiyası hazır oldu. Protezin çap olunması cəmi 300 $ dəyərindədir. 3D çap olunmuş protez Haitiyə göndərildi və burada yerli xəstəxanada tibbi komanda onu taxdı. Protez mükəmməl şəkildə ona uyğun oldu və indi uşaq əvvəllər edə bilmədiyi şeyləri edir.