Bold Machines Eddi adlı 3D çap iti təqdim edir
Bir ay əvvəl MakerBot yenilikçilərlə işləyən və öz printerlərini təqdim etmək istəyən yenilikçi emalatxana Bold Machines ilə əməkdaşlığını elan etdi.
Bold Machines-in yeni layihələrindən biri Marqo-dur. Marqo – tammetrajlı cizgi filmində baş rolu oynayacaq personajdır. Bu, kosmosa səyahət zamanı valideynləri itkin düşmüş cavan, balaca və ağıllı dedektiv qızdır. O, Bold Machines-in həmtəsisçiləri Bre Pettison və Robert Steynerin Entoni Villi ilə birgə işləri sayəsində yaradılmış 3D çap süjetin əsas qəhrəmanıdır.
Bold Machines cizgi film qəhrəmanlarının yaradılması üçün müxtəlif rəssamlarla əməkdaşlıq edib. Keçən ay onlar yeni ikinci personajı – mister Voltersnapa-nı qüdrətli iş adamını təqdim etdilər. O, güclü kimyəvi vasitələrdən istifadə edir ki, insanlar ona boyun əysinlər.
Indi isə Bold Machiness üçüncü 3D çap personaj – Eddi adlı iti təqdim etdi.
Marqo kimi bu modeli də MakerBot Replicator Z18- də çap etdilər.