Mühtəviyyata keç

Tezliklə Kickstarterdə qarşılayın: 3D çap edən qələm Polyes Q1

Oktyabr 20, 2014

Artıq 2D formatındakı darıxdırıcı rəsmləri unudun, 3D çap edən qələm ən cəsarətli ideyaları reallığa çevirəcək! Sadəcə olaraq qələmi havada hərəkətləndirərək, siz plastikdən 3D çap edirsiniz. Keçən il Amerika şirkəti Wobble Works 3D çap edən ilk qələm nəsli 3Doodler-i hazırladı və Kickstarterdə 2.3 milyon dollar toplayaraq çox sayda diqqəti özünə cəlb etdi.

3d008369c3826207cfd4dbbdfee0bc2c

Buna baxmayaraq, 3Doodler-i istifadə edərkən çox diqqətli olmaq lazım idi: onun ucu plastiki 270o C temperaturda əridirdi. Indi  biz sizə Polyes Q1-i təqdim edirik – yeni 3D çap edən qələm, o, havada əlini yandırmaqdan qorxmadan rəsm çəkməyə imkan verir.

FDM texnologiyası əsasında işləyən 3Doodler-dən fərqli olaraq 3D çap edən qələm Polyes Q1 əridilmiş plastik əvəzinə işığa həssas qətrandan istifadə edir. Polyes Q1 görmə qabiliyyəti üçün tam təhlükəsiz mavi LED-dən istifadə edir.

dae90914ce2dd7589e398296598df255

Materialın ötürülmə sürətini müstəqil şəkildə tənzimləmək mümkündür, LED qələmin nerji ilə təchiz olunması üçün indikator rolunu da oynayır.

Bu qələmi hətta uşaqlar da istifadə edə bilərlər. Polyes Q1-in istehsalçısı Future Make Technology şirkətinin verdiyi informasiyaya görə qələmə təhlükəsizlik səviyyəsinin sensoru adlı xüsusi element quraşdırılıb ki, uşaqların gözlərinə zərər yetirməsin. Həmçinin isti ucluğun olmaması yeni texnologiyanı müasir bazar üçün daha da cəlbedici edir.

pol2

Delaverdə yerləşən Future Make Technology bildirir ki, artıq bu ilin noyabr ayında onların yeni qələmi Kickstarterdə peyda olacaq və qiyməti nəzərdə tutulduğu kimi çox  yüksək olmayacaq.

From → 3D Printer

One Comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma