Mühtəviyyata keç

3D çap eynək  Morgenrot innovasiyalarına görə mükafat qazanır

Oktyabr 22, 2014

3D çap texnologiyası yavaş – yavaş, lakin inamlı şəkildə bizim qarderobumuza yol salır, bir çox dizayner və modelyerlər özlərini 3D çap geyim və aksessuar hazırlanmasında sınayıb. Buna baxmayaraq, alman dizayner Yoaxim Bişoff daha da irəliləyib. 2015-ci ilin əvvəlində onun 3D printer vasitəsilə yaradılan Morgenrot adlı eynək kolleksiyası satışa çıxarılacaq.

7d2cd3a557f8fd341d1e614bc236b371 37e70309e06cd01c3a4768a53f23841b 049d7230a3bdb609bf1fb5cbded0d439

1983-cü ildən bəri müstəqil eynək dizayneri kimi işləyən Bişoff 10 ilə yaxın fərdi eynəklərin yaradılmasını arzulayırdı. Bir neçə il əvvəl o, Rhino proqramında eynəklərin yaradılması ilə məşğul olmağa başladı. Bişoff  aşqar istehsal texnologiyasının imkanlarını, xüsusən də selektiv lazer aqlomerasiya (SLS) texnologiyasının vasitəsilə yüksək keyfiyyətli 3D çapı  dərk etməyə başladıqda onun arzuları gerçəkləşməyə başlayır.

07701d29b4443392e8b0ad7673d286f1 f4df1fb9aac1e80bf5c671867a8fff1e

Bu texnologiyanı dizayner yeni kolleksiyasını yaratdıqda istifadə etmişdir, belə ki, o, növbəti emala ehtiyac olmadan yüksək keyfiyyətli əşyalar hazırlamağa imkan verir. Eynəklər poliamid və titandan çap olunacaqlar, bu zaman  məhsulların parametrləri müştərinin istəyi ilə dəyişdirilə bilər. Dizaynerin sözlərinə görə müştərilər yüngül və rahat eynəklərin  rəngini müstəqil şəkildə seçə bilərlər.

0a9ba729e80d3e89421332b24e91b972 33acd4a46356c04aadd8acd3a6d25928 b7b0a3642037a035a3d3cdfc0ca8f03d b31779c1d4ef45e38b4bf2c4abae5587

Bişoffun Morgenrot kolleksiyası 2015-ci ilin əvvəlində satışa buraxılacaq və ən müxtəlif modellərlə təqdim olunacaq. Bəzi modellər sadə önlüyə və xüsusi bağlamaya malik olacaqlar ki, onun sayəsində dizaynı, çərçivənin rəngini  və linzaları dəyişmək mümkün olacaq. Bu sistemi artıq patenləşdiriblər.

89a84e1e2a6ad0a18b75ab5a5b865673

ad4ba9de25242785ce09f451f03780d2

Baxmayaraq ki, eynəklər hələ satışa buraxılmayıb, keçən ay MorgenrotSC3 modelinin prototipi Parisin Silmod’Or konvensiyasında İnnovasiya mükafatına layiq görüldü.

27a86b0c639b0af5d7a460294468346d a485ea6441060067ffe9b004b46232c8

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma