Parçadan qeyri-adi fiqurlar: flora və fauna aləmi cənab Finçin gözlərilə
Sözün əsl mənasında Yorkşirdən olan istedadlı rəssam cənab Finç təbiət gəzintilərindən zövq alır. O, boynuna alır ki, saatlarla heyranlıqla çiçəklərə baxa və heyvanları, quşları, böcəkləri seyr edə bilər. Onların davranışları və ecazkar bacarıqları, misal üçün yuva qurmaları rəssamı ovsunlayır.
Təəccüblü deyil ki, onun evi mamırlı meşə və mənzərəli dağları olan ən gözəl məkanın yaxınlığında yerləşir. Təbiət və onun heyranedici xəlqi cənab Fiçeri inanılmaz əsərlər yaratmağa ilhamlandırır. O, parçadan heyvan, quş, həşərat, hətta göbələk fiqurlarını da canlandırır. Onların formaları son dərəcə inandırıcı alınır, lakin parçanın üzərindəki rəng və naxışlar bəzən təbiətdəki kimi deyil. Finç işlərində istifadə olunmuş parçalardan istifadə etməyi xoşlayır- köhnə oteldən məxmər pərdələr, köhnəlmiş gəlinlik və ya köhnə önlük. Bu materialdan olan fiqurlar yaşlı, bununla da yanaşı sirli görünürlər, özündə qədim tarixi gizlədirmiş kimi.
Onlara baxmaq həqiqətən çox maraqlıdır.