Saat mexanizmlərinin elementlərindən kiçik fiqurlar
Nyu Cersidən olan Syu Beatris (Sue Beatrice) əsrlik işini görüb qurtarmış saat mexanizmlərinin detallarından steampunk üslubunda effektiv miniatür fiqurlar yaradır. Ustanın işləri arasında – çox sayda kiçik quşlar, heyvanlar, həmçinin meşə pəriləri və digər mifik canlılar var. Onlar ovucda və hətta barmaqların ucunda da yerləşirlər. Rəssam öz gərgin əməyi ilə göstərir ki, bizi əhatə edən təbiət nə dərəcədə gözəl və eyni zamanda kövrək ola bilər.
Syu öz əsərlərinin timsalında diqqəti ona yönəltmək istəyir ki, işlənmiş xammalı necə səmərəli istifadə etmək olar. O, əmindir ki, insanlar tullantıları əbəs yerə toplamaq əvəzinə onların çox hissəsini təkrarən istifadə edə bilərlər. Axı bizim planetin resursları sonsuz deyil və onları qorumaq lazımdır.
Aşağıda Syunun əsərlərini nəzərdən keçirə bilərsiniz.