Çində çiyin və körpücük sümüklərinin 3D implantları uğurla implantasiya edildi.
Çinin Şensi vilayətinin paytaxtı Sianda sümük xərçəngindən əziyyət çəkən 3 xəstəyə 3D çap titan protezlərini müvəffəqiyyətlə implantasiya etdilər. Əməliyyatlar 27 mart və 3 aprel tarixlərində həyata keçdi, hal-hazırda isə xəstələr yaxşı vəziyyətdədirlər və 3D çap implant sümüklərlə bərpa prosesini keçirlər: körpücük, çiyin sümükləri, həmçinin çanağın sağ iliacı sümüyü.
Üç xəstədən birinə, 20 yaşlı qadına sağ körpücük sümüyünün Sarkoma Yuinqa diaqnozunu qoydular. Sarkoma Yuinqa- kiçik, dəyirmi və mavi-hüceyrəli şiş növlərindən biridir. Ikinci xəstənin də sağ kürək və çiyninə də eyni diaqnozu qoydular. Üçüncü xəstəyə isə çanağın sağ iliac sümüyünün xərçəngi diaqnozu qoyulmuşdu. Bütün xəstələrdə bədxassəli xərçəng tapılmışdı, əgər onları çıxartmasaydılar ölümə gətirib çıxara bilərdilər. Nəhayət, xəstəxana qərara gəldi ki, əməliyyat etmək, şişləri çıxarmaq və zədələnmiş sümükləri əvəz etmək lazımdır. Burada 3D texnologiya oyuna daxil olur.
Körpücük sümüyünün əvəz olunması mürəkkəb sümük olduğu üçün son dərəcə çətin prosesdir. 3D çap sayəsində ənənəvi üsulla əməliyyatların aparılması zamanı yaranan bəzi fəsadlardan qaçıla bilib. Xəstənin öz sümüklərinin ölçü və formasına müvafiq implant hazırlamaq üçün kompyuter vizuallaşdırmasından istifadə olunub. Sümüyün 3D modelini titan tozdan istifadə edərək SLS texnologiyası vasitəsi ilə çap ediblər. Nəticədə xəstənin parametrlərinə müvafiq hazırlanmış və bədənə əla yaraşan möhkəm titan implant alındı. Beləliklə, infeksiya və zəiflikdən qaçmaq olar, bu isə xəstəni daha keyfiyyətli müalicə ilə təmin etmək deməkdir.
3D çap titan implantların digər üstünlükləri arasında – çəki, sıxlıq və səth teksturasıdır. Siandakı həkimlər möhkəmliyi artırmaq, implantların çəki və sıxlığını azaltmaq üçün xüsusi hesablamalardan istifadə etdilər, beləliklə, xəstənin sümüklərinin realistik və məsaməli reproduksiyalarını yaratdılar. 3D çap implantların səth teksturası da daha təbiidir. Adi implantların hamar səthi ilə müqayisədə 3D çap implantları süngəri xatırladır ki, o da öz növbəsində implant ətrafındakı əzələ, sümük və yumşaq toxumaların artımını stimullaşdırır, eləcə də yoluxma və maye yığılması riskini azaldır.
Həkim Quo Çen, Sian xəstəxanasında ortopediya professoru, 3D çap titan implantlarının klinik sınaqlarına başçılıq etdi. O, 3D çap implantların keyfiyyət və dəqiqliyini, həmçinin onların ənənəvi istehsal üsulu ilə müqayisədə 2 dəfə daha ucuz olduğunu qeyd etdi. 3D texnologiyası xəstələrə daha sürətli yardım edilməsinə imkan yaratdı.