Tozlu maşınlar üçün kreativ həll
Amerikan rəssam Scott Wade yolları hər zaman əhəngdaşı və gillə bol olan şəhərdə yaşayır. Hətta yavaş-yavaş gedən maşın da toz buludlarını qaldırır və üstləri qalın toz təbəqəsi ilə örtülür. Bir dəfə Skot çirkli şüşəli maşının yanından keçə bilməyib onun üzərində şəkil çəkdi.
Ola bilsin ki, bu sadəcə smaylik və ya “Yu məni” yazısı kimi bir şey oldu, amma hər halda Skot bunu hədər yerə etmədi. Sonralar o, çirkin şüşələr üzərində şəkil çəkməyə elə bənd oldu ki, bu, onun mükəmməl şəkildə yiyələndiyi ən sevimli işi oldu.
Qəribədir ki, rəsm əsərlərinin yaradılması üçün əsas toz təbəqəsi ola bilər. Skott onu adi kətan kimi istifadə edir, öz əsərləri üzərində fırçanın köməyi ilə işləyir və bunun üçün onun heç bir boyaya ehtiyacı olmur. O, təcrübəni sevir və öz işləri üçün tamamilə fərqli mövzular seçir. Onun əldə etdiyi şəkillər bir sözlə desək, sadəcə möhtəşəmdirlər.