Mühtəviyyata keç

3D printerdə hazırlanmış plastik gips

İyul 7, 2014

Dizayner Denis Karasaxin sınmış sümüklərin müalicəsində inqilaq yaradacaq “Osteod” adlı gips prototipi yaratdı. Ixtira 3D printer vasitəsilə yaradılır və sözsüz ki, əvvəlki gips sarıqlarından daha dəbli görünür.

Bu plastik gips yalnız cəlbedici görünmür, həmçinin o, çox parktikdir.гипс-3d Xüsusi deşiklər əlin havalandırılması üçün yaradılıb, onların sayəsində dəridə qaşınma olmur. Adi gips taxmaq məcburiyyətində olanlar onun necə ağır, narahat və içində əlin necə tərlədiyini bilir. Başqa məsələ plastik quruluşlu “Osteod”, o, tamamilə sukeçirməzdir və bunun sayəsində siz onu çıxarmağa heç bir ehtiyac olmadan asanlıqla duş qəbul edə bilərsiz.

Bu gipsi istehsal prosesi elmi-fantastik film kadrlarını xatırladır. Birinci mərhələdə 3D skaner insan əlinin surətini əldə edir, bundan sonra əldə olunmuş məlumatlar əsasında gələcək gipsin virtual prototipi yaradılır. Xüsusi proqram təminatı deşiklərin lazımi say və ölçülərini layihələşdirir. 3D model hazır olanda printer nümunənin yaradılmasına başlayır.

“Osteod”da ultrasəs sistemi “LİPUS” quraşdırılıb, o, sümüklərin daha sürətli bitişməsinə səbəb olur. Lakin adi gipsdə onun tərkibinə görə bundan istifadə etmək qeyri-mümkündür.

Yəqin ən cəlbedici odur ki, siz plastik gipsiniz üçün istənilən rəngi seçə bilərsiniz və ya onun üzərinə hər hansı bir yazı vura bilərsiniz. Çap ərəfəsində öz gipsi üçün istənilən uyğun naxışı seçmək imkanı olan uşaqların sevincini təsvir etmək olar. İndi o, dostlarınız arasında öyünə biləcəyiniz bir növ “aksessuar” olacaq.

 денис-карасахин пластиковый-гипс современный-гипс шина-на-3d-принтере

From → 3D Printer

Şərh yaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma