Maersk şirkətinin tankerləri açıq dənizdə 3d çap edirlər
Danimarkanın Maersk şirkəti, yükdaşıma sahəsində liderdir, gəminin göyərtəsində 3D çapla təcrübə keçirir.
Şirkət gəmilərindən birində Stratasys şirkətindən uPrint printerini quraşdırıb ki, dənizdə uzunmüddətli səhayətlər zamanı dənizçilərin onlara lazım olan detalları sadəcə olaraq göyərtədə çap etməyə imkanları olsun. Əvvəllər onlar ehtiyat hissələrini anbara yığmalı idilər, ya da onları göyərtəyə daşımaq lazım olurdu ki, bu da vaxt və vəsait itkisinə səbəb olurdu.
Istehsalat cihazları əvvəllər də nəqliyyat gəmilərinin göyərtəsində qurulurdu. Indi növbə 3D printerindir.
Maersk uPrint printerlərindən yəqin ki, onların etibarlılığı və gəmilərdə digər avadanlıqlar üçün olduqca möhkəm hissələri istehsal etmə bacarığına görə istifadə etmək qərarına gəlib.