3D dispenser
Yeni maraqlı layihəni təqdim edirik- qarpız çəlləyi üçün 3D çap dispenser. Bu cür çəllək və bir neçə maraqlı kokteyl reseptinin köməyi ilə unudulmaz yay şənliyi keçirmək olar.
Faylları Thingiverse saytından yükləmək olar. 3D printeriniz varsa dispenseri evdə də çap edə bilərsiniz. Ilk öncə düz dayana bilən qarpız lazım olacaq. Ardınca onun üst hissəsini kəsmək və giləmeyvənin kiçik bir hissəsini saxlamaqla içini çıxarmaq lazımdır ki, içkiyə əsl yay təravəti vermək mümkün olsun. Sonra qarpızın aşağı hissəsində diametri dispenserə uyğun olan deşik açmaq lazımdır. Deşik hazır olduqda dispenseri ora ehtiyatla salmaq gərəkdir və əmin olmaq lazmdır ki, o, etibarlı şəkildə bərkidilib, belə ki, maye çəlləkdən axa bilməsin.
Indi isə qarpızı buzla doldurub və zövqə görə içki ilə doldurmaq qalır. Içkinizi cəsarətlə qonaqlarınıza təqdim edə bilərsiniz.