Emerging Objects zəlzələyə davamlı 3D çap sütunlar hazırlayır
Koliforniyanın memarlıq şirkəti Emerging Objects armatur və ya inşaat məhlulu istifadə etmədən zəlzələyə davamlı strukturun yaradılması üçün 3D çap texnologiyasından istifadə etdi.
“Zəlzələ” adlı sütun – bu, 3D çap sement kərpicdən ibarət olan dayaqdır, onları sonradan 3D pazl kimi bir araya gətiriblər. Hər bir kərpic digər kərpiclərlə ideal şəkildə birləşərək sütun əmələ gətirir.
Emerging Objects bildirir ki, sütunun yaradılmasında qədim İnklərin texnologiyasından istifadə olunub.
Peru Yer kürəsinin ən aktiv seysmik zonasıdır,buradakı məhlulsuz hazırlanmış konstruksiyalar artıq on illiklər ərzində öz möhkəmliliyini sübut edə biliblər. Inklər konstruksiyaları elə bir üsulla yaradıblar ki, tezlik rezonanslarını və gərginliyin konsentrasiya nöqtələrini aradan götürsünlər. Sementsiz hazırlanmış bu tikililər zəlzələ vaxtı asanlıqla tab gətirirdilər.
Bununla belə, analoji konstruksiyalar tonlarla çəkidə idilər, amma 3D kərpiclər oyuqludurlar ki, bu da öz növbəsində çəki və möhkəmliliyin gözəl nisbətini yaradır. Hər bir kərpicdə daxili qol var, hansı ki, konstruksiyanın yığılmasını asanlaşdırır.